«Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı ... »(VİDEO
28.04.2015 730 0.0 0

“Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, biz dünyada digər münaqişələri görməzdik”.

ANS TV-nin məlumatına görə, bu sözləri Prezident İlham Əliyev 3-cü Qlobal Bakı forumunda çıxışı zamanı deyib. Həmçinin prezident beynəlxalq hüququn pozulması nəticəsində Azərbaycan torpaqlarının işğal edilməsi, qətnamələrin icra edilməməsi, münaqişələrin ölkələrin inkişafına təsiri, neftin qiyməti və digər aktual məsələlərə də toxunub. 

“Biz bir ölkə kimi beynəlxalq hüququn kobud şəkildə pozulmasından əziyyət çəkirik. Azərbaycanın tarixi torpaqları zəbt olunub. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltması barədə Beynəlxalq təşkilatların BMT TŞ-nin 4 qətnaməsi icra olunmur. Bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Biz Xocalı soyqırımna məruz qalmışıq. Azərbaycan heç kimin torpağını işğal etməyib. Əfsuslar olsun ki, dünyada aqressiv separatçılıq davam edir. Əgər Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, biz bu gün digər münaqişələri görməzdik. Azərbaycan bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli tərəfdarıdır. Bu münaqişələr inkişafı əngəlləyir. Buna baxmayaraq Azərbaycanın iqtisadiyyatı son 10 ildə 3 dəfə artıb. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq bu il iqtisadi artım 5 faiz olub. İqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığı azaltmaq üçün tədbirlər görülür”, - deyə prezident bildirib. 

Qeyd edək ki, Bakıda Nizami Gəncəvi Beynəlxalq mərkəzi və diasporalarla iş üzrə dövlət komitəsinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı forumuna dünyanın 60-a yaxın ölkəsindən hazırki prezidentlər, baş nazirlər, həmçinni sabiq prezident və dövlət xadimləri, tanınmış siyasətçilər qatılıblar. 

Forumda Almaniya kansleri Angela Merkelin, Böyük Britaniyanın baş naziri Devid Kemeronun, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencerin, BMT-nin sabiq baş katibi Butros Qalinin müraciətləri oxunub. İki gün davam edəcək forumda əsas müzakirə edilən məsələlələr dünyadakı münaqişələr, o cümlədən Ukrayna, Suriya böhranı, separatçılıq, radikallıq meyllərinin artması, Avropada miqrant problemlərindən çıxış yolları olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar