Çinin Tyantsin şəhərində güclü partlayış nəticəsində çoxlu insan tələfatı olub - FOTO - VİDEO
13.08.2015 651 0.0 0
İnsident zamanı azı 400 nəfər xəsarət alıb

 

 Çinin Tyantsin şəhərində yanacaq anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

 

 “Sina” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb edilmiş 20 yanğınsöndürənin taleyi məlum deyil.

 

İtkin düşmüş yanğınsöndürənlərlə əlaqə təkrar partlayışdan sonra kəsilib.

 

 

 

Yanacaq anbarında baş verən partlayış nəticəsində yaxınlıqdakı bina uçub, onlarla tikiliyə ziyan dəyib. Eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir.

 

Partlayışın gücü elə həddə olub ki, yerli seysmoloji mərkəz tərəfindən qeydə alınıb. Məlumatlara görə, partlayış qonşu Xebey əyalətinin bir sıra bölgəsində hiss edilib./apa/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar