Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
23.12.2021 269 0.0 0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Qazeta.info DİN mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 18 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar