Çin yeni internet sistemi yaradır - `ÖZÜMÜZ NƏZARƏT EDƏCƏYİK`
18.10.2017 794 0.0 0

Çin özünün idarə edəcəyi yeni internet sistemi yaratmaq niyyətindədir.

Bildirək ki, bu barədə Çin prezidenti Si Szinpin Çin Kommunist partiyasının 19-cu qurultayında çıxışı zamanı deyib.

"Yaradılacaq internet sahə aktivləşdirildikdən sonra bütün idarəetmə bizim əlimizdə olacaq. Şəbəkədə hansı məzmunlu materialların yayımlanmasına nəzarət edən idarəçilər təyin olunacaq"-, deyən dövlət başçısı, bunun xüsusilə qlobal şəbəkələrdə kütləvi şəkildə yayılan yanlış siyasi məlumatların qarşısını almaq məqsədilə yaraılacağını da vurğulayıb.

Xatırladaq ki, beş ildən bir keçirilən Çin Kommunist Partiyasının bu ilki qurultayı 24 oktyabra qədər davam edəcək./Publika.az /


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar