Ceyms Uorliki əvəzləyəcək şəxs məlum olub
30.12.2016 766 0.0 0

ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.
 
ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verilən məlumata görə, gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.
 
Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.
 
Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.
  
Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar