Canet Yellen: Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir
22.09.2016 452 0.0 0

 Uçot dərəcəsinin ilin sonunadək artırılması gözlənilir.

 

Məlumata görə, bunu ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen mətbuat konfransında bəyan edib.

 

Onun sözlərinə görə, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir.

 

“Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”, deyə C.Yellen bildirib.

 

FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar