Cahangir Novruzov Türkiyənin ən yaxşı teatr rejissoru adına layiq görülüb (FOTO)
19.12.2017 1024 0.0 0

Cahangir Novruzov Türkiyədə ən yaxşı teatr rejissoru adına layiq görülüb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın görkəmli teatr və kino aktyoru, rejissor, əməkdar incəsənət xadimi C.Novruzov Türkiyədə "XVII Direklerarası Seyirci Ödülləri" teatr mükafatının qalibi olub. O, bu mükafata Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət "Ah, bu evlilik..." tamaşasındakı rejissor işinə görə layiq görülüb. Mükafat Adanada keçirilən mərasimdə həmyerlimizə təqdim olunub.

 

 

Mükafatın "Halk Jürisi"nin üzvləri 2016-2017-ci ilin teatr mövsümünün ən yaxşılarını müəyyənləşdiriblər. Münsiflər heyətinin üzvləri Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər. Xatırladaq ki, C.Novruzov ötən teatr mövsümündə "Tiyatro için Emek Ödülü" mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, 1995-ci ildən Türkiyədə yaşayan C.Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavinidir./Trend/


Teqlər:Cahangir Novruzov

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar