CƏBHƏDƏ İTKİ VERDİK-MÜDAFİƏ NAZİRLİYİNİN MƏLUMATI
06.02.2015 663 0.0 0

Qazeta.info Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.
Əsgərimizə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar