Cəbhədə ermənilərə məxsus 2 texnika məhv edildi
06.08.2015 541 0.0 0

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib. 
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, "Krunk-25" pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur. 
Uçuş aparatının maksimal uçuş hündürlüyü 5400 metr, qalxma çəkisi 60 kq, uzunluğu 2.95 metr, qanadların açılma uzunluğu 4.2 metr, havada qalma vaxtı 5 saat, uçuş surəti 150 km/saatdır.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar