Bütün yaraları , mədə xəstəliyini sağaldan , iltihabı yox edən bitki
04.02.2017 1870 0.0 0

Bağarpağının müalicəvi xüsusiyyətləri qədim zamanlardan istifadə olunur.

Belə hesab olunur ki, bu buitki müalicə üçün istifadə olunan ilk bitkilərdən biridir. Dahi Avisenna bu bitkini təzə və köhnə yaraların və xoraların müalicəsində istifadə etmək tövsiyə edirdi.
Müasir xalq təbabətində də bu bitki yara və xora sağaldan vasitə kimi geniş istifadə olunur. Məsələ burasındadır ki, bu bitkinin tərkibində nadir metilmetionin (U vitamini) var ki, bu maddə mədədə və 12 barmaq bağırsağında xoraları sağaldır.

Həmçinin bağayarpağının tərkibində K və C vitaminləri, fermentlər, orqanik turşular, fitonsidlər, büzücü və s. çox faydalı maddələr var.

Ənənəvi tibb də bağayarpağının müalicəvi xüsusiyyətlərindən istifadə edir. Bu bitki müxtəlif sidikqovucu, iltihab və mikrobəleyhinə, yarasağaldan və s. preparatların tərkibinə daxil edilir.
Bağayarpağı iltihab və mikrobəleyhinə, antiseptik xüsusiyyətlərə malikdir.

– Bağayarpağı dəmləməsi soyuqdəymə, öskürək, angina zamanı çox yaxşı kömək edir. 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə bağayarpağı 1 stəkan qaynar suda dəmləyin və 1 çay qaşığı bal əlavə edib gündə 3 dəfə 1/3 stəkan olmaqla qəbul edin. Bu dəmləmə iltihabı azaldır, bəlğəmi duruldur və onu xaric etməyə kömək edir.

– Angina zamanı bağayarpağı dəmləməsi ilə qarqara etmək lazımdır.

– Həzm sistemi xəstəlikləri və pozulmaları (mədə və 12 barmaq bağırsağı xorası, qastrit, kolit, qıcıqlanmış bağırsaq sindromu və s.) zamanı da bağayarpağı çox uğurla istifadə olunur. Bu bitkinin təzə şirəsi xoraları sağaldır, iltihabı azaldır, mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikrobları öldürür. Təzə yarpaqları yaxşı yuyun, blenderdə əzin və tənzifdən sıxın. Alınmış şirənin 1 xörək qaşığını 1 çay qaşığı balla qarışdırın və gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin./saglamheyat.com/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar