Bu gün Qarabağ görüşləri başlayır
06.04.2016 712 0.0 0


ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Bakıda görüşlər keçirəcəklər. Məlumata görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Twitter səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda iştirak etmək üçün regiona yola düşüb.

Görüşlərin bu gün Bakıda keçiriləcəyinin planlaşdırıldığını yazan Uorlik qeyd edib ki, atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya gətirəcək danışıqlar vacibdir. "Səhər baş tutacaq görüşlərdə iştirak etmək üçün hazırda Bakıya doğru yoldayam”.

Aprelin 5-də axşam saatlarında ATƏT-in Minsk qrupu hazırda Vyanada iclas keçirib. İclasda Ermənistanın işğal etdiyi Azərbaycana məxsus Dağlıq Qarabağ regionunda gərginləşən vəziyyət və çıxış yolları müzakirə olunub.

Daha sonra bəyanat qəbul olunub. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqini dayandırmağa çağırır.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Ötən gün və gecə atəşkəsin pozulması nəticəsində daha 3 hərbi qulluqçumuz şəhid olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar