Bu gün bir neçə rayon kəndləri ilk dəfə təbbi qazla təmin olunub
25.06.2015 705 0.0 0

Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika əhalisinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər  davam etdirilir.
Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturundakı mövcud problemlər intensiv şəkildə aradan qaldırılır.

İyunun 25-də Lənkəran rayonunun Nərimanabad və Üzümçülük kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Nərimanabad kəndində keçirilmiş mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və SOCAR rəhbərliyinin, habelə Lənkəran rayon icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirək ki, hər iki kəndə qaz verilişi bərpa olunur. Bu məqsədlə 754 abonenti olan Nərimanabad kəndinə birpilləli sistem əsasında ümumi uzunluğu 28214 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 754 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Üzümçülük kəndinə isə uzunluğu 8528 metr müxtəlif diametrli metal, 901 metr muxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 167 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Açılış mərasimində çıxış edən Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə hər iki kəndin sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Tədbirlərdə çıxış edən ağsaqqallar və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Bundan başqa bildirək ki, İyunun 25-də Biləsuvar rayonunun 3 kəndinə də ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.
Açılış mərasimlərində Rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 697 abonenti olan Nərimankənd kəndinə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında uzunluğu 38 890 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 697 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 452 abonenti olan Ağəyri kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 812 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 452 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 517 abonenti olan Günəşli kəndinə də ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu məqsədlə birpilləli sistem əsasında 29 080 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 517 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

 

Ağsu rayonunun Küllülü və İsmayıllı rayonunun Basqal kəndlərinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirlərdə Rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak etmişlər. Bildirilmişdir ki, 16 abonenti olan Küllülü kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1400 metrlik polietilen və 1659 metrlik metal borularla qaz xətləri çəkilmiş, 16 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

İsmayıllı rayonunun 750 abonenti olan Basqal kəndinə təbii qazın verilməsi üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2930 metr olan polietilen və 32 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür etmişlər. 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar