Bu gün Bakının bəzi yaşayış məntəqələrində təbii qaz olmayacaq
13.10.2015 500 0.0 0

Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq
                               
                               
Qazeta.info SOCAR-ın məlumatına əsasən bildirir ki, oktyabrın 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, “Mehdiabad” və “Novxanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar