Bu gecə möcüzə yaşanacaq (FOTO)
31.07.2015 1108 0.0 0

Bu gecə Mavi Ay görünəcək.Məlumata görə, bu gün yüz ildə 5 dəfə yaşanan kosmik hadisə yaşanacaq. 
Nadir bir təbiət hadisəsi olan Mavi Ay son dəfə 2012-ci ilin avqust ayında görünüb. 

Dünyada meydana gələn vulkanik partlayışlar və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti ilə bağlı olaraq mavi tonlarda görünən tam ay ilk dəfə 1883-cü ildə tam şəkildə müşahidə edilib. 

 


Mavi tonarda görünən Ay


Əslində Ayın rənginin dəyişmədiyi, toz buludları səbəbi ilə göründüyünü bildirən astroloqlar "ən mavi ayın" 1991-ci ildə göründüyünü bildirirlər. 
Növbəti dəfə Mavi Ayı 2018 və 2020-ci illərdə müşahidə etmək mümkün olacaq. 2018-ci ildə bu prosesin yanvar ayında olacağı pronozlaşdırılır. 

"Mavi Ay" termin olaraq 1946-cı ildə “Sky& Telescope” jurnalı tərəfindən istifadə edilib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar