Bu avtomobil sahibləri cərimə olunacaq - XƏBƏRDARLIQ - VİDEO
16.05.2017 1550 0.0 0

On beş gün keçməsinə baxmayaraq Bakıdakı Rusiya avtomobillərinin hələ də 25-30 faizi texniki baxışdan keçməyib. Odur ki, yol polisi artıq belə avtomibilləri cərimələməyə başlayıb.

Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, yol polisi MDB ölkələrində istehsal edilən minik avtomobillərinin sürücülərinə sərt xəbərdarlıq edib.

 

"VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçmək müddəti 15gündür yekunlaşsa da, sürücülərin bəziləri avtomobillərini yoxlatdırmır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, sürücülər saxlanılanda ''vaxtım yoxdur'', ''xəbərim olmayıb'' kimi bəhanələr gətirirlər. Amma bu bəhanələr onalara cərimə yazmağa mane olmayacaq.

Vaqif Əsədov deyir ki, sovet avtomobillərində təkərlərə qoyulan standartlara əksər hallarda əməl edilmir. Bölmə rəisi sürücülərə tezliklə texniki baxışdan keçməyə dəvət edir.

Əks halda belə sürücülərə cərimə protokolları yazılacaq.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar