BŞİH başçısı: `Bakıda qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır`
28.04.2022 112 0.0 0

“Qəzalı binalar Bakının bütün ərazilərində var. Bunlar sovet dövrünün qalıqlarıdır”.

Məlumataə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov informasiya agentliklərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün rayonlarda az-çox bu cür qəzalı vəziyyət olan binalar mövcuddur:

“Bu məsələni daha dərindən öyrənmək məqsədilə artıq komissiya yaradılıb. Komissiyaya vaxt ayrılıb. Bir ay ərzində rayon icra hakimiyyətinin fəal iştirakı ilə onlar məlumatı toplayıb bizə təqdim etməlidirlər”.

İcra başçısı qeyd edib ki, nə az nə çox qəzalı vəziyyətdə olan binaların sayı 1000-ə yaxınlaşır:

“Orta hesabla hər binada 100-200-ə qədər ailə məskunlaşır. Bu məsələ bu gün kəskin olaraq gündəlikdə durub. Baxmayaraq ki, son illər Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu binaların sayı 30 % azalıb. Bu da bir nailiyyətdir. Amma yenə deyirəm qəzalı vəziyyətdə olan binaların sayı çoxdur və bu proses canlı prosesdir və bunu uzun illərə planlaşdırırıq. İlkin olaraq kritik vəziyyətdə olan qəzalı binalardan başlamalıyıq”./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar