BŞBPİ marşrut avtobuslarında oğurluq edən şəxslərin görüntülərini yayıb - Video
07.09.2015 557 0.0 0
Həmin şəxslərin əməllərindən zərərçəkən vətəndaşlardan polisə məlumat vermələri xahiş olunur

 

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.

 

Xəbərə görə, BŞBPİ avqustun 26-da 57 saylı xətt avtobusunda Bakı şəhər sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinərək tutulan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar - 1970-ci il təvəllüdlü Oruc Müzəffər oğlu Məhərrəmov, 1979-cu il təvəllüdlü Azər Sabir oğlu Kərimov və 1981-ci il təvəllüdlü Samirə Ənvər qızı Əbiyevanın görüntülərini yayıb.

 

Həmin şəxsləri tanıyanlardan, onların başqa cinayətlərinin şahidi olanlardan və ya onların əməllərindən zərərçəkənlərdən polisə məlumat vermələri xahiş olunur./apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar