Boris Conson: `Bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər`
20.02.2022 300 0.0 0

Böyük Britaniyanın Baş naziri Boris Conson İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən böyük müharibə riskindən danışıb və bunu Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə izah edib.

Qazeta.info APA -ya istinadla bildirir ki, Baş nazir bu barədə BBC-yə müsahibəsində söyləyib.

Siyasətçinin sözlərinə görə, Rusiyanın “müəyyən mənada artıq Ukrayna ərazisini işğal etmək planını həyata keçirməyə başladığına” dair bəzi “işarələr” var:

“Qorxuram ki, indi şahidi olduğumuz bu plan 1945-ci ildən bəri Avropada ən böyük müharibəyə səbəb ola bilər”.

Böyük Britaniyanın baş naziri kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, rus qoşunları guya Kiyevi “mühasirəyə almağı” planlaşdırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar