BMT-nin yeni seçilmiş baş katibi Rusiyaya səfər edəcək
23.11.2016 623 0.0 0

 Rusiya Prezidenti Vladimir Putin noyabrın 24-də Moskvada BMT-nin yeni seçilmiş Baş katibi Antoniu Qutyerreşi qəbul edəcək.

"İnterfaks"-a istinadən xəbər verilir ki, görüşün gündəliyindəki beynəlxalq məsələlərdə BMT-nin mərkəzi əlaqələndirici rolununun gücləndirilməsi, təşkilatın, o cümlədən terrorla mübarizədə fəaliyyətinin səmərəliliyinin yüksəkdilməsi daxildir.

Tərəflər eyni zamanda Suriyadakı və Ukraynadakı kəskin böhran məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, bu ilin oktyabr ayında Portuqaliyanın keçmiş baş naziri A.Qutyerreş BMT-nin yeni baş katibi seçilib. O, səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq və  2021-ci i dekabrın 31-dək bu vəzifədə çalışacaq. Onu da əlavə edək ki, bu postda A.Qutyerreş Pan Gi Munu əvəzləyəcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar