BMT-nin yeni baş katibi vəzifəsinin icrasına başlayıb
03.01.2017 996 0.0 0

BMT-nin yeni baş katibi Antonio Quterreş vəzifəsinin icrasına  başlayıb.
 
Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
 
BMT-nin sayca doqquzuncu  baş katibi olan A. Qutterşin işində insan ləyaqətini əsas prioritet sayacağı, sülh tərəfdarı, o cümlədən, yenilik və islahatların təşviqçisi olacağı açıqlanıb.
 
A. Quttereş baş katib seçilməzdən əvvəl 10 il ərzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına rəhbərlik edib. BMT QAK-a qoşulmazdan əvvəl, A. Quterreş hökumət və dövlət qulluğunda 20 ildən çox çalışıb. O, 1991-ci ildən Portuqal Dövlət Şurasının üzvü, 1995-ci ildən 2002-ci ilədək Portuqaliyanın baş naziri olub.
 
1976-cı ildə Portuqaliya parlamentinin üzvü seçilib və 17 il üzv kimi xidmət göstərib.
 
A.Quterreş 1949-cu ildə Lissabonda anadan olub. Mühəndislik dərəcəsi olan  A.Quterreş ingilis, fransız və ispan dillərini mükəmməl bilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar