BU GÜN DƏ 2 ERMƏNİ ƏSGƏRİ ÖLDÜRÜLDÜ
06.01.2015 762 0.0 0

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhədə Ermənistan ordusunun 2 hərbçisini məhv edib.

 

Ermənistan KİV-lərinə istinadən verilən xəbərə görə, yanvarın 5-dən 6-na keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı 2 erməni hərbçi öldürülüb. Onların hər ikisi muzdlu əsgər olub.

 

Ermənilər iddia edirlər ki, atışma zamanı Azərbaycan tərəfi daha çox itki verib. Lakin artıq Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan mətbuatının cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı “unter zabit”in məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.//Trend 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar