BMT-nin baş katibi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır
28.02.2017 670 0.0 0

BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsindən narahatdır.

TASS-a istinadən verilən xəbərə görə, bu barədə jurnalistlərə baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

"Biz Dağlıq Qarabağda təmas xətti boyunca toqquşmalar haqqında məlumatlardan narahatıq", - deyə Stefan Cüjarrik qeyd edib.

Onun sözlərinə görə, BMT-nin baş katibi gərginliyin qarşısını alması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini tamamilə dəstəkləyir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar