BMT baş katibi: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülh prosesini yaxınlaşdıracaq
23.12.2015 704 0.0 0

 BMT baş katibi Pan Qi Mun  Azərbaycan və Ermənistan prezidentlərinin  dekabrın 19-da Berndə keçirdiyi görüşünün tərəfləri sülh prosesinə yaxınlaşdıracağına ümid etdiyini bildirib. Məlumata görə, bu barədə  baş katibin  BMT rəsmi saytında dərc edilmiş bəyanatında qeyd olunur.
 
“Baş katib hesab edir ki, görüş tərəflərə atəşkəs rejiminin pozulması hallarının və dinc əhali  arasında qurbanların sayının azaldılmasına dair əməli addımların müzakirə edilməsinə, sülh prosesinin yaxınlaşdırılması üçün yolların müəyyən edilməsinə imkan yaradıb”, deyə BMT baş katibinin bəyanatında qeyd olunur.  
 
Pan Qi Mun  həmçinin İsveçrədə görüşü təşkil etmiş ATƏT Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini qeyd edib. O, Bakı və İrəvanı gərginliyin daha da azaldılmasına dair Minsk Qrupu ilə sıx əməkdaşlığa və gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar