Bir neçə saatdan sonra bu rayonlarda təbii qaz kəsiləcək
04.09.2015 826 0.0 0

Abşeron və Astara magistral qaz kəmərlərində cari təmir işləri aparılacaq
                               
                               
Qazeta.info SOCAR-a istinadla bildirir ki, sentyabrın- 4 də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” və Astara magistral qaz kəmərləri sahəsinin “Masallı” və “Ovçubərə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla, rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Asağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonu Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar