Biləsuvarda daha bir korrupsiya faktı-Prezidentə və Baş prokurora müraciət olundu
13.04.2015 1112 0.0 0

Qazeta.info bildirir ki, Biləsuvar rayonu İlham İsmayılov adına  Ovçubərə kənd tam orta məktəbinin bir qrup müəllimləri məktəb direktoru Şahverənova Mənsurə Gülağa qızının vəzifə səlahiyyətlərindən sui- istifadə edərək etdiyi qanunsuz əməllər  və maliyyə pozuntuları   haqqında ölkə başçısı İlham Əliyev başda olmaqla aidiyyatı olan digər qurumlara və bəzi KİV-lərə  şikayət ərizəsi ilə müraciət ediblər.

Həmin şikayət məktubunu olduğu kimi oxuculara təqdim edirik.

 

"Yazıb sizə  bildiririk ki, biz Biləsuvar rayonu İlham İsmayılov adına  Ovçubərə kənd tam orta məktəbinin müəllimləri məktəbimizin  direktoru Şahverənova Mənsurə Gülağa qızının vəzifə səlahiyyətlərindən sui- istifadə edərək etdiyi qanunsuz əməllər  və maliyyə pozuntuları   haqqında sizlərə məlumat vermişdik. Həmin faktları bir daha nəzərinizə çatdırırıq.

Bu ilin əvvəlində şagird barteri və digər qanunsuz əməllər ilə məşğul olan məktəb rəhbərliyindən dövlətimizin aidiyyatı orqanlarına şikayət etmişdik. Rayon rəhbərliyi və Biləsuvar rayon Təhsil şöbəsi bizi əmin etdi ki, direktor bu əməllərinə görə cəzalandırılacaq. Biz rəhbərlərimizin səmimiyyətinə və verdikləri sözlərə inanaraq iddiamızı geri götürdük. Məktəb direktoru isə özünü cəzalandırmamış görüb  əməllərindən ilhamlanaraq iş strategiyasını dəyişib  daha kəskin qanun pozuntularına yol verməyə başlamışdır.

  Biləsuvar  rayonu  Ovçubərə kənd tam orta məktəbində hal-hazırda aşağıdakı ciddi nöqsanlar və qanuna zidd hallar mövcuddur.

1.     Bu ilki bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvi olan müəllimlər dərsdən azad oldunduğu halda direktorun tapşırığı və təkidi ilə sinif  jurnallarını həmin müəllimlərin özlərinə yazdırmışdır.  Eyni ixtisas müəllimləri buna narazılıq etsə də direktor heç kimə məhəl qoymadan bu dərsləri maaş cədvəlində öz bildiyi kimi yerləşdirmiş , həmin dərslərin pulları direktor tərəfindən mənimsənilmişdir.

2.     TQDK tərəfindən məktəb rəhbərliyinə tövsiyyə olunub ki, Şagird-Məzun sisteminə daxil edilən  şagirdlərin pasportu olmalıdır. Direktor bundan istifadə edərək pasportun alınması üçün məktəbdə ucdan tutma hər şagirddən məcburi şəkildə 10 azn pul alır. Bu proses hal-hazırda davam edir.

3.     Məktəbimizdə bölünmə dərslərin keçirilməsi üçün sinif otaqlarının çatmadığı halda direktor sinif otağının birini zəbt edərək dükan açmış, şəxsi bizneslə məşğuldur.

Biz bu məsələləri direktorun nəzərinə çatdırsaq da direktor bizə əhəmiyyət vermir, söyləyir ki,  mən yuxarılara haqq verirəm , onlarda mənimlə hesablaşırlar.

Xahiş edirik ki, bizim iştirakımızla direktorun son 5 illik əmək fəaliyyəti yoxlanılsın.

Bizim bu şikayət ərizəmizdə göstərilən faktlarla bağlı aidiyyatı orqanlar tərəfindən məktublar gəlmişdir. Bu məsələlərin araşdırılması Biləsuvar rayon İcra Hakimiyyətinə və Biləsuvar rayon təhsil şöbəsinə tapşırılmışdır. Təhsil şöbəsinin əməkdaşları mart ayının əvvəlində bizim məktəbə gələrək bu faktları araşdırılmış, bütün faktlar bizim iştirakımızla öztəsdiqini tapmışdır.  

Bu il bələdiyyə seçkiləri ərəfəsində seçki komissiyasının üzvi olan müəllimlərlərdən bu şikayətlə bağlı izahat alınmış, onlar seçki komissiyasının üzvü ola-ola dərs saatlarını direktorun tapşırığı ilə özləri deməsi və sinif jurnallarının onlar tərəfindən yazılmasını etiraf etmişlər.

Pasport alan şagirdlərlə də Təhsil şöbəsinin əməkdaşları şifahi sorğu aparmış, şagirdlər onlardan direktor tərəfindən hər pasporta görə 10 azn pul alınmasını etiraf etmişlər. Digər məsələlərlə də bağlı araşdırılmalar aparılmış və bütün faktlar tamamilə öz təsdiqini tapmışdır.

Bundan sonra Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbərliyi 18 mart tarixində keçirdiyi şurada məktəbimizin  direktoru Şahverənova Mənsurə Gülağa qızının iş prosesində buraxdığı ciddi nöqsanlara, qanunsuz əməllərinə və maliyyə pozuntularına görə tutduğu vəzifəsindən azad edilməsi barədə qərar qəbul etmişdir. Bu qərarın Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcəyini  və şikayət etmiş vətəndaşlara nəticəsi barədə cavab veriləcəyini bildirmişdir.

Çox təəssüflər olsun ki, 10 gündən artıq müddətin keçməsinə baxmayaraq bu günə kimi bizə heç bir məlumat və cavab məktubu gəlməmişdir. Hal-hazırda bu insan yenidən öz direktor fəaliyyətini davam etdirir.

Bir daha qanunlarımızın aliliyi naminə  yenidən aidiyyatı orqanlara müraciət edərək bildirmək istəyirik ki , bizim şikayətimiz yenidən araşdırılsın. Biz çox gözəl bilirik ki, möhkəm dövlətçiliyimizi təcəssüm etdirən  ali qanunlarımız qarşısında hamımız bir əsgərik. Bu qanunlara əməl etməyən, bu qanunları şəxsi maraqları naminə pozan bir insan haqqında ölçü götürməyinizi xahiş edirik."

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar