BEA bu il TAP vasitəsilə nəql olunacaq qazın həcmini proqnozlaşdırıb
31.01.2022 372 0.0 0

2022-ci ildə Trans-Adriatik boru kəməri (TAP) ilə Avropaya 10 milyard kubmetr həcmində Azərbaycan qazının nəqli gözlənilir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinə (BEA) istinadən məlumat verilir.

"2021- ci ilin 11 ayı ərzində Azərbaycanda qaz hasilatı əvvəlki illə müqayisədə 20 faiz artıb. Boru kəməri ilə Türkiyəyə qaz tədarükü 30 faiz azalıb. Əvəzində TAP vasitəsilə Avropaya qaz nəqli 8 milyard kubmetri ötüb", - deyə hesabatda bildirili.

Qeyd edək ki, Trans-Adriatik boru kəməri ilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb. İtaliyaya 6,8 milyard, Yunanıstan və Bolqarıstana 1,2 milyard kubmetr qaz nəql olunub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar