Baş Nazirin müavini: «Neftin qiyməti qısa müddətlik 30 dollar səviyyəsinə enə bilər»
19.08.2015 622 0.0 0

"Neftin qiyməti qısa müddətlik 30 dollar səviyyəsinə enə bilər"

 

Yaxın 3 il ərzində neftin qiyməti 50-70 dollar intervalında dəyişəcək.

Məlumata görə, bu barədə Rusiya Federasiyasının baş nazirinin müavini Arkadi Dvorkoviç "Rusiya 24" telekanalının efirində deyib.
 
Buna baxmayaraq, A. Dvorkoviç bildirib ki, "qara qızıl"ın qiyməti qısa müddətlik 30-35 dollar səviyyəsinə enə bilər.

"Düşünürəm ki, nəticə etibarilə, neftin bir barelinin dəyəri 50-70 dollar intervalında dəyişəcək", - deyə baş nazirinin müavini qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar