Baş konsuldan Ankaradakı partlayışada adı hallanan Azərbaycanlı İŞİD-çi haqda açıqlama
15.10.2015 514 0.0 0

“Ankarada baş verən terror aktı ilə bağlı şübhəli şəxslər siyahısında adı çəkilən Ülkər Məmmədovanın Azərbaycan vətəndaşı olmasına dair  heç bir rəsmi məlumat yoxdur”. 

 

Bu barədə  Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib. Onun sözlərinə görə, bununla bağlı Türkiyədəki hüquq-mühafizə orqanlarına sorğu göndərilib: “Onun azərbaycanlı olub-olmaması ilə bağlı əlaqədar təşkilatlarla əlaqə saxlayırıq. Əslən azərbaycanlı olsa belə, başqa ölkənin vətəndaşı da ola bilər. Onlardan cavab gözləyirik”.

 

Xatırladaq ki, oktyabrın 10-da Ankarada törədilən partlayış nəticəsində 97 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. Terror aktının törədilməsində şübhəli bilinən və İŞİD üzvü olan 21 nəfərin adı açıqlanıb, fotoları yayınlanıb. Adı bu siyahıya düşən Ülkər Məmmədovanın azərbaycanlı olduğu güman edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar