Bakıya AVRO-6 standartlı CNG avtobusları gətirilib - FOTO
22.02.2022 343 0.0 0

Son 6 ildə xüsusilə dövlət sektorunda avtobusla ictimai nəqliyyatın təşkilində yeni xidmət standartlarının tətbiqi, ictimai nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir. Bunun sayəsində avtobus parkının yenilənməsi, nağdsız ödəniş sisteminə keçidlə şərtlənən maliyyə şəffaflığının artması, xüsusi avtobus zolaqlarının təşkili, hərəkət təhlükəsizliyinin (o cümlədən ekoloji təhlükəsizliyin) artırılması kimi mühüm nəticələr müşayiət olunmaqdadır.

Dövlət başçısının tapşırığına əsasən, ötən dövrdə paytaxta 1000-dən artıq avtobus gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i CNG (sıxılmış təbii qaz) mühərriklidir. 

Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, “Xaliq Faiqoğlu” şirkəti qardaş Türkiyə Respublikasının “OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib. Müasir ödəniş cihazları quraşdırılan avtobuslar 23 fevral tarixindən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək.

Yeni avtobusların 2 ədədi 18,7 m olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq. 

 

Avtobus parkının yenilənməsi ilə yanaşı, “Xaliq Faiqoğlu” şirkətinə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar