Bakıda «WhatsApp» davası:məktəbliyə 18 bıçaq zərbəsi vuruldu-Video
21.04.2015 745 0.0 0

11-ci sinif şagirdlərinin "WhatsApp"da birinin digərini təhqir etməsi qanlı sonluqla bitib.

 

Qazeta.info bildirir ki, Nizami RPİ-nin 25-ci polis bölməsindən APA TV-yə verilən məlumata görə, hadisə 238 saylı məktəbin şagirdləri arasında yaranıb. Rövşən Şahmarov Elvin Muradova bir neçə bıçaq zərbəsi vurub. Xəsarət alan Elvin Muradov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Cərrahiyyə əməliyyatından sonra onun səhhətinin kafi olduğu bildirilir.

 

Bölmədən Elvin Muradovun bədənində 18  sıyrıq və  bıçaq xəsarətinin aşkar olunduğu bildirilib. Faktla bağlı cinayət işi açılıb, hadisəni törətməkdə şübhəli bilinən Rövşən Şahmarov  saxlanılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar