Bakıda vəzifəli şəxs iş otağında öldü
10.05.2017 1557 0.0 0

Bakıda xarici ölkə vətəndaşı iş yerində ölüb.Qazeta.info Lent.az -a istinadla xəbər verir ki, Neftçilər prospekti 67 ünvanında yerləşən «Permasteelisa Qrup» şirkətində müqavilə əsasında sahə rəisi işləyən və Neftçilər prospekti ev 131, mənzil 36-da kirayə yaşayan 1966-cı il təvəllüdlü, Xorvatiya vətəndaşı Barisic Bosilko Hrvatsko iş otağında ölüb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.

 

Qeyd edək ki, xorvatiyalı mühəndis Bakıda "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin tikintisində çalışırmış


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar