Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var
26.05.2016 1081 0.0 0

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada vəfat edib.

 

Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan olan çırpılması səbəb olub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun iştirakı ilə törədilmiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verilir ki, mayın 25-də saat 13 radələrində Yasamal rayonu ərazisindəki Yeni dairəvi yolda Sumqayıt şəhər sakini Natiq Eminov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Salyan rayon sakini Rafiq Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş N.Eminov orada ölüb.
 
Yasamal RPİ tərəfindən araşdırma aparılır./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar