Bakıda metronun çıxışında gənc oğlan quldurların hücumuna məruz qalıb
10.11.2016 939 0.0 0

Bakıda metro stansiyasından çölə çıxan şəxs döyülərək ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Eyvazov Rüstəm Göyüş oğlu metrodan çıxarkən iki nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Onu küt alətlə döyərək cibindəki 1100 manat pulu aparıblar. Ağır xəsarət alan R.Eyvazov xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar