NAZİRİN İNTİHAR SƏBƏBİ BİLİNDİ
03.01.2015 1001 0.0 0

Rusiyada özünü güllələyən nazirlə bağlı  açıqlama verilib.

Məlumata görə, belə bir açıqlamanı Rusiya Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn verib.


O, bildirib ki, Mari El Respublikasının daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnev məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılacaqdı.

Aleksandr Xinşteynin sözlərinə görə, nazirlə bağlı cinayət işi açıqlacaqdı: "O, vəzifəsindən sui-istifadədə təqsirli bilinəcəkdi və həbs olunacaqdı".

Qeyd edək ki, bu gün Rusiyanın Mari El Respublikasının daxili işlər naziri Vyaçeslav Buçnev iş oyağında özünü güllələyərək intihar edib.

 

Məlumat üçün qeyd edək ki,  Bayram günlərində də işdə olan nazir yanvarın 8-nə kimi məzuniyyətdə olmalı imiş.

Lakin o, bu gün işə gəlib. İş otağına gedən nazir özünü orada güllələyib. Otağa girən katib onun ölü vəziyyətdə olduğunu görüb.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar