Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibləri müəyyənləşib-SİYAHI
13.09.2016 593 0.0 0

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, sonuncu 11-ci turda kişilərin yarışlarında Azərbaycanın birinci kişilərdən ibarət əsas yığmamız Türkmənistan millisi ilə münasibətləri ayırd edib.

 

Azərbaycanın ikinci komandası Boliviya, üçüncü yığması isə Albaniya ilə üz-üzə gəlib.

 

Qadınlardan ibarət şahmatçılarımız da son turun görüşlərini keçiriblər. Olimpiadada iştirak edən millilərimiz müvafiq olaraq Malayziya, İran və Makedoniya qrossmeysterləri ilə qarşılaşıblar. Qadınlardan ibarət birinci komandamız yarışı 8-ci pillədə başa çatdırıb.

 

Bakı Şahmat Olimpiadası

X tur

 

Kişilər

 

Turnir cədvəli: 1. ABŞ - 20 xal; 2.Ukrayna – 20; 3. Rusiya – 18; …12. Azərbaycan-1 – 15; ...26. Azərbaycan-2 - 14, ...49. Azərbaycan-3 - 13.

 

 Qadınlar

 

Turnir cədvəli: 1. Çin - 20 xal; 2. Polşa - 17; 3. Ukrayna – 17; ...8. Azərbaycan-1 - 16, ...30. Azərbaycan-2 – 13; ...32. Azərbaycan-3 - 13. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar