Bakıda dəhşətli avtobus qəzası- Ölən və yaralanan var+Fotolar
28.03.2015 890 0.0 0

Bu dəqiqələrdə Bakıda ağır yol qəzası baş verib.

 

Qazeta.info “Qafqazinfo”-nun məlumata əsasən bildirir ki, Babək prospektində 49 N-li sərnişin avtobusu “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Belə ki, sərnişin avtobusu qarşı yola çıxıb və bu zaman əks istiqamətdə hərəkət edən “Mercedes” markalı minik avtomobil ilə toqquşub. 

Hadisə zamanı “Mercedes”də olan bir nəfər ölüb, bir nəfər isə ağır vəziyyətə xəstəxanaya aparılıb. Avtobusda olan sərnişinlərdən ikisi xəsarət alıb.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar