Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək
05.12.2016 671 0.0 0

Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iclas dekabrın sonuna planlaşdırılıb.

"Biz iclasın dekabrın 27-də keçiriləcəyini gözləyirik, lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib", - məlumatda bildirilib. 

Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, İran tərəfindən - rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar