Bakıda ağır qəza: Qadın sürücü maşının şüşəsindən çıxıb divara çırpıldı-VİDEO
29.02.2016 1713 0.0 0

Bakıda zəncirvari yol qəzası baş verib, üç avtomobil toqquşub. Məlumata görə, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Kia” markalı avtomobil səbəb olub. Qadın sürücünün idarə etdiyi avtomobil “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qarşıdan gələn “Pejo” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb.
 
Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol  kənarındakı divara  çırpılıb. Avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar