Bakı və Abşeronda bəzi qəsəbələrin şəhərə çevrilməsi təklif edilir
16.02.2018 803 0.0 0

Bakıda bəzi qəsəbələrin mikrorayona, Abşeronda isə şəhərə çevrilməsi təklif edilir.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov bildirib ki, Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur qəsəbələrinin mikrorayona çevrilməsi daha düzgündür:

“Bakının böyüməsi ilə əlaqədar əksər qəsəbələr artıq şəhərin bir hissəsinə çevrilib. Buna görə də belə qəsəbələri şəhərin mikrorayonu kimi qəbul etmək daha düzgündür. Əhmədli, Keşlə, Bibiheybət, Bakıxanov, Qaraçuxur paytaxtın mikrorayonu hesab edilərsə, bu ərazilərdə abadlıq, yendənqurma işlərini, əhaliyə sosial-mədəni xidməti daha yaxşı təşkil etmək mümkündür”./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar