Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artdı (VİDEO 18+)
17.09.2015 940 0.0 0

Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri dünyasını dəyişib.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasından  verilən məlumata görə, ölən şəxsin kimliyi hələlik dəqiqləşməyib. Bununla da ölənlərin sayı 3-ə çatıb. 

“Hadisə nəticəsində xəstəxanamıza 10 nəfər yaralı gətirilib ki, onlardan da hələlik 7 nəfərin şəxsiyyətini müəyyənləşdirə bilmişik”-deyə xəstəxanadan bildirdilər.

Xəsarət alan şəxslər aşağıdakılardır:
1. Baloğlan Ağakişiyev-1988-ci il təvəllüdlü
2. Rövşən Cavadov-1988-ci il təvəllüdlü
3. Rəşad Əhmədov
4. Əsməd Məhəmmədova
5. İbadət Allahverdiyeva Faiq qızı
6. Ofelya Məmmədova Məhəmməd
7. Asif Paşabəyov

 

Azyaşlılardan və əsəbləri zəif olanlardan bu videoya baxmamaq xahiş olunur.

Qəza anından videogörüntülər

 

***10:12***
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən  verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər ölüb, 10 nəfər xəsarət alıb. 

Hazırda ölən və yaralananların kimliyinin müəyyən edilməsi istiqamətində işlər aparılır. /anspress/

Əlavə məlumat veriləcək...


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar