Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının qrafiki dəyişəcək- CƏDVƏL
08.12.2016 1195 0.0 0

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətinin intensivliyinin artırılması və daha da optimallşdırılması məqsədilə dekabrın 11-dən  hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yeni hərəkət cədvəlində elektrik qatarlarının sayı hər iki istiqamətdə 2 qatar artırılacaq.

 

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 07:50, 08:20, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 18:45, 19:15, 19:35, 19:50  və 20:30-da, Sumqayıt-sərnişin stansiyasından 07:00, 07:15, 07.30, 07:45, 08:00, 08:38, 09:10, 09:50, 17:00, 18:10, 18:47 və 19:30 -da yola düşəcək. 

 

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar