Bakı Dairəvi Yolunda ağır yol qəzası, ölən və yaralananlar var
21.04.2015 765 0.0 0

Bakıda ağır yol qəzası baş verib.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb.

 

1988-ci il təvəllüdlü Elvin Qürbətovun idarə etdiyi “Hyundai” markalı avtomobil 1962-ci il təvəllüdlü Aydın Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Hyundai” markalı maşının sürücüsü E. Qürbətov aldığı xəsarətdən hadisə yerində keçinib. Həmin maşında olan sərnişin, 1983-cü il təvəllüdlü Ramil Abbasov və digər avtomobilin sürücüsü xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar