«Bakı bulvarı» restoranında silahlı insident baş verib, 4 nəfər yaralanıb - VİDEO
27.05.2015 604 0.0 0
Moskvanın “Bakı bulvarı” restoranında silahlı insident baş verib.

 

 “LifeNews”a istinadən verilən məlumata görə, hadisəyə səbəb gənc oğlanın iki kişi və iki qadınla mübahisəsi olub.

 

Sərxoş olan gənc restoranda atəş açıb, nəticədə mübahisə etdiyi 4 nəfəri yaralayıb.

 

Lakin bununla münaqişə bitməyib. Hadisə şahidlərinin bildirdiyinə görə, restoranın yerləşdiyi əraziyə avtomobillə qara maskalı şəxslər gəliblər. Onlar avtomatdan ətrafdakı maşınlara atəş açıblar.

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar