Bakı 2015 Avropa Oyunlarını izləməyə gələn hansı dövlətın başçılarıdır?- SİYAHI
12.06.2015 2555 0.0 0

Hazırda ölkədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarını  izləmək məqsədi ilə dünya  dövlətlərinin başçıları və hökümət rəhbərləri Bakıya toplaşıb.

Bu günkü günə olan məlumata görə, hazırda ölkəmiz onlarla dövlətdən gələn prezidentləri və nazirləri qonaq qismində qəbul edib.Xatırladaq ki, bu gün açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından Heydər Əliyev Mərkəzində  rəsmi qəbul da təşkil edib.

Qazeta.info hazırda ölkəmizə “Bakı-2015” birinci Avropa Oyunlarını  izləmək üçün gələn dövlət və hökumət rəhbərlərinin bir çoxu oxuculara təqdim edir.

1.Rəsmi qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

 2. Serbiya Prezidenti Tomislav Nikoliç

3. Monteneqro Prezidenti Filip Vuyanoviç

4. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç 

 5. Belarus Prezidenti Aleksandr Lukaşenko

6. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov

7.Tacikistan Prezidenti Emoməli Rəhmon

8. Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri

9. Monako Knyazlığının şahzadəsi II Albert

10. San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini

11. Bolqarıstanın Baş naziri Boyko Borisov

12. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

13. Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov,

14. Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek

 15. Slovakiya Parlamentinin sədri Peter Pelleqrini,

16. Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf 

17. Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev

18. Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron

15. Ukrayna Dövlət Fiskal Xidmətinin sədri 

16. Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov 

17. Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani 

18. Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad

 19.Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah,

20.Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov

21. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 

22. Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi

23. İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi

24. Türkiyənin energetika naziri Taner Yıldız

25. Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud 

26.Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca

27. İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri 

28. Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar