«Azəryolservis» ASC 8 nəfərlik ailəni çörəksiz qoyub-Fotolar
01.06.2015 815 0.0 0

"Azəryolservis" ASC mənim ailəmi 1-ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan obyektimizi bağlayıb, bizi işsiz qoyub, mülkiyətimizi  əlimizdən almaq istəyir.

Bunu  saytımıza ünvanlanan məktubda Ucar rayonu Gəraybəyli kəndi sakini Cəbrayılova Gültəkin İnşallah qızı bildirir.

Bizə ünvanlana məktubda da sonra qeyd olunur ki, "Bakı-Qazax magistral yolunun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Ucar rayon ərazisindən keçən hissəsində aparılan işlərə görə  qanunu  sənədlərlə mülkiyyətimiz olan yük avtomaşınlarının təmiri sexinini fəaliyyəti qanunsuz olaraq dayandırılıb.Həmin sexə gedən yol bağlanılıb  deyə bir ildir  işləmir.1995-ci il tarixdə mərhum həyat yoldaşım Cəbrayılov Məhəmmədəli Şirxan oğlu həmin torpaq sahəsini  alıb  sənədlə qanunu qaydada sex tikdirdi.Həyat yoldaşım və öğlanlarım orada yük avtomobillərinin təmiri ilə məşğul olurdular ki, buna görə vaxtlı-vaxtında dövlətə vergi ödəyirdik.2011-ci il tarixdə həyat yoldaşım böyrək dializi xəstəliyindən dünyasını dəyişdi.Həyat yoldaşım xəstə olan vaxt avtomobil təmiri sexini satıb onun müalicəsinə xərcləmək istəyəndə o xəstəliyinin sağalmayacağını bilib buna icazə vermədi ki, bu sex 8 nəfərlik  ailəmin daimi iş, çörək yeridir."

Daha sonra Ucar sakini  haqqı-halal qnunu mülkiyyətinin "Azəryolservis" ASC tərəfindən əllərindən aldığını qeyd edərək, həmin sexə gedən yolu tikintiyə görə 1-ildir bağlandığını onların ailəsini işsiz çörəksiz qoyduqlarını qeyd edib.

Əlavə olaraq buna görə Ucar Rayon İcra Hakimiyəti başçısının qəbulunda olub şikayət etdiklərini bildirən G.Cəbrayılova icra başçısının tapşırığından sonra"Azəryolservis" Asc-nin  Azər adl məsul vəzifəli əməkdaşı gəlib onlara 17000 manat kompensasiya təklif edərək  tikinti başa çatdıqdan sonra isə işlərinə davam edib sexin fəaliyyətini bərpa edəcəklərini bildirdiyini qeyd edir.

Daha sonra Ucar Gəraybəyli kəndisakini , "31 may 2015-ci il tarixdə isə"Azəryolservis" Asc-nin  Azər adl əməkdaşı gəlib bildirdi ki, "müdriyyət dedi ki, onlara heç bir kompensasiya düşmür, bu yolu və körpünü dövlət çəkir, yol çəkiləndən və körpü tikiləndən sonra  sexlərini açıb  işləyərlər".  Ancaq magistral yolda tikilən körpü sexin yaxınlığından keçdiyi üçün orada bundan sonra işləmək heç cürə mümkün olmayacaq.Ona görə ki, körpünün yamacı bizim sexin 4 metrliyindən keçirki  2 metr hündürlükdədir, belə olanda sexə nəinki yük avtomobilləri, heç kiçik maşınlarda gələ bilməyəcək. 2 metr hündür olan körpünün yamacında yerləşən sexdə işləmək özü çox təhlükəlidir.Hər an nəqliyyat hadisəsi baş verə bilər ki, buna görə kiminsə həyatını sığortalamaq mümkün deyil. Bunun əlacı isə düzgün kompensasiyamızı versinlər ki, seximizi həm  bir neçə metr arxaya çəkib həm də yamacla sexin yolunun arasında olan hündürlüyü eyniləşdirib əvvəlki kimi sahibkarlıq fəaliyyətimizi bərpa edə bilək. "Azəryolservis"  ASC isə bizə hədə qorxu gəlir, mülkiyyətimizi əlimizdən tamam almaq istəyir.Baxmayaraq ki,  yol tikintisi zamanı vətəndaşlara dəymiş zərərin əvəzinin tam ödənilməsinə cənab Prezident tapşırıqlar  verib. Ancaq bunlar isə vətəndaşları aldadıb pullarını mənimsəyib çörəksiz qoyurlar. 8 nəfərlik ailəmizin yeganə dolanışıq iş yeri bu sexdir ki, indi qanunları tanımayan vəzifəli şəxslərin saxtakarlığına görə işsiz,  çörəksiz qalmışıq. Bir ailə başçısı, ana kimi Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirəm.Sizdən xahiş edirəm bizim mülkiyyətimizi əlimizdən almaq istəyən, bizim ailəni işsiz, çörəksiz qoyan və qanunu kompensasiyamızı mənimsəyən  "Azəryolservis" ASC-nin  məsul vəzifəli şəxsləri barədə tədbir görəsiniz.Onların milyonları var toxdular biz isə acından ölmək təhlükəsi ilə üz-üzə qalmışıq.Xahiş edirik bizə kömək edin." deyə qeyd edir.

Əlavə olaraq Qazeta.info bildirir ki, yazıda adı keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar