Azərbaycanlıların paytaxtda silahlı çəkişməsindən bəzi məqamlar (VİDEO)
27.03.2015 762 0.0 0

Dünən Kiyev mərkəzində baş verən atışmanın təfərrüatları məlum olub.

kiev.vgorode saytına istinadən verilən məlumata görə, günorta saatlarında paytaxt küçələrindən birində iki naməlum maşından yolla gedən bir vətəndaşa atəş açılıb. Ayağından yaralanan kişi yerə yıxılıb. 

Bundan sonra məsələyə polis qarışıb və cinayətkarlara müqavimət göstərib. Naməlum şəxslər isə hadisə yerindən iki xarici avtomobillə qaçmağa çalışıblar. Hadisə şahidləri Kiyevdə Bessarabiya bazarının yanında güllələnmiş avtomobil olduğunu söyləyiblər.

Daha sonra polislər şübhəliləri ələ keçirmək üçün onlara atəş açıb və ətrafdakı yolları bağlayıblar. Atışma zamanı bir Kiyev sakini yaralanıb, bir polis əməkdaşı isə xəsarət alıb. 

Polis əməkdaşları cinayəti törədən üç nəfər şəxsi saxlayıb. Araşdırmalar zamanı həmin şəxslərin azərbaycanlı olduqları məlum olub. İstintaqın gedişində saxlanılanların sui-qəsd əməlini hansı məqsədlə törətdiyi aydınlaşdırılacaq. /anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar