Azərbaycanlı səfir 6 nəfərin ölümünə səbəb olan helikopterdə deyilmiş
08.05.2015 698 0.0 0
Pakistanda içərisində diplomatların olduğu helikopter qəzaya uğrayıb: Norveç və Filippin səfirləri ölüb

 

Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu Mi-17 helikopteri qəzaya uğrayıb.

 

“Bangkok Post” nəşrinə istinadən verilən məlumata görə, qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.

 

“Dawn” qəzeti isə hadisə zamanı Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarının öldüyü barədə xəbər yayıb. Ümumiyyətlə iki pilot daxil olmaqla, 6 nəfər ölüb. Polşa və Niderland səfirləri isə yaralanıb.

 

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə özünün "Twitter" səhifəsində yazıb ki, qəzaya uğrayan vertolyota Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov da minməliymiş.

 

"Pakistanda vertolyot qəzasında bir neçə ölkənin səfiri həlak olub. Bizim səfirimiz son andakı dəyişikliyə görə vertolyota minməyib", - deyə H. Məmmədzadə qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar