İCRA HAKİMİYYƏTİ NARKOMANİYA İLƏ MÜBARİZƏYƏ QOŞULDU
07.11.2014 1445 0.0 0

Noyabrın 7-də Yasamal rayonu ərazisindəki Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə hər kəsin borcudur” mövzusunda seminar keçirilib.Bildirək ki, seminar iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzin muzeyində qoyulan büstü önünə güllər qoyublar. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayonun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının sədri Səməd İslamov bildirib ki, narkotiklərin yayılması və narkotik vasitələrdən asılılıq müasir dövrün ən aktual problemlərindən biridir. S.İslamov diqqətə çatdırıb ki, Azərbaycan dövləti narkotiklərin ölkə ərazisində yayılmasına qarşı fəal mübarizə aparır və bu istiqamətdə böyük uğurlar əldə edib. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə vurğulayıb ki, Azərbaycanda bir sıra maarifləndirmə tədbirləri keçirilir. Belə tədbirlər sayəsində gənclər narkotiklərdən istifadənin insan həyatı üçün nə dərəcədə təhlükəli olduğunu, narkotiklərdən asılılığın ailələri necə dağıtdığını öyrənirlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Pərviz İmanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Aydın Yusifov narkotiklərin sağlamlığa dağıdıcı təsirindən söz açıblar. Tədbirdə “Narkomaniyaya yox deyək” sənədli filmi nümayiş etdirilib

http://azertag.az/xeber/808814


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar