Azərbaycanlı idmançılar üçün gərgin keçəcək 25 İyun-Yarış qrafiki
25.06.2015 681 0.0 0
Azərbaycan idmançılar cümə axşamı 6 müxtəlif yarışda çıxış edəcəklər.25 iyun tarixində də Azərbaycan idmançılarını gərgin yarış günü gözləyir.Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla azərbaycanlı idmançıların yarış proqramını təqdim edir.

Sablya ilə rəqs
Qılıncoynatma, 09:00-dan etibarən

2012-ci il Olimpiya çempionu, azərbaycanlı qılıncoynadan Səbinə Mikina və Sevil Bünyadova cümə günü medal uğrunda mübarizədə iştirak edəcək ən güclü idmançılardır. Sablya ilə qılıncoynatma üsulu 3 növdən ən geniş yayılmış idman növüdür.

Rinqə çıxanlar
Boks 12:30-dan etibarən

Cümə günü Kristal Zal 2-də keçiriləcək yarışlarda Azərbaycanın 4 güclü boksçusu medal uğrunda mübarizəyə qoşulacaq.

Anna Əlimərdanova (AZE) qadınlar arasında yarımyüngül çəki dərəcəsinin (51-54kq) yarımfinal mərhələsində Yelena Savelyeva (RUS) ilə üz-üzə gələcək.

Yüngülvari çəki dərəcəsində (52kq) mübarizə aparan Elvin Məmişzadə (AZE) finala çıxmaq üçün rəqibi Hamza Toubaya (GER) qalib gəlməlidir. Kollazo Sotomayor (AZE) isə yarımfinal mərhələsində birinci-yarım orta çəki dərəcəsində (64kq) rəqibi Viktor Petrovla (RUS) üz-üzə gələcək.

Pijama vaxtı
Cüdo 12:00-dan etibarən

2009-cu il Dünya Çempionatında bürünc, 2007-2008-ci il Avropa Çempionatında iki bürünc, 2006-cı il Avropa Çempionatında gümüş, Bakıda ötən il keçirilən "Böyük Dəbilqə" üzrə gümüş medal qazanan Kifayət Qasımova qadınlar arasında -57kq çəki dərəcəsində mübarizə aparacaq.

Avropa reytinq cədvəlində 2-ci yerdə olan Orxan Səfərov, 4-cü yerdə olan İlqar Müşkiyev kişilər arasında -60kq çəki dərəcəsində tatami üzərində çıxış edəcək.

Rənglərlə çıxış
3x3 basketbol 15:00-dan etibarən

Azərbaycanın kişilər və qadınlardan ibarət voleybol komandaları ayrı-ayrılıqda Basketbol Arenasında seçmə mərhələlərdə mübarizə aparacaq.

Hücumçulardan diggerlərə
Voleybol 19:30-dan etibarən

Azərbaycan komandası 19:30-da Türkiyə komandası ilə üz-üzə gələcək. Türkiyə 3-0 hesabla qalib olduqdan sonra A qrupunda iki komanda yenidən üz-üzə gəlib. Ancaq ev sahibi məğlubiyyəti təkrarlamaq niyyətində deyil.

İsti izlər
Çimərlik futbolu 20:30-dan etibarən 

Azərbaycanın kişilərdən ibarət komandası Çimərlik Arenasında keçiriləcək İsveçrə-Azərbaycan qarşılaşmasından öncə qumun istiliyinin bir qədər azalacağına ümid edir.

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar