Azərbaycanlı idmançılar üçün gərgin keçəcək 22 İyun-Yarış qrafiki
22.06.2015 693 0.0 0
Azərbaycan idmançılarını gərgin yarış günü gözləyir.Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla azərbaycanlı idmançıların yarış proqramını təqdim edir.

 

Ev sahibliyi edən idmançıların çıxışı
Atıcılıq yarışları. Saat 09:30-dan etibarən

 

Sabah Bakı 2015-də atıcılıq yarışlarının final günüdür. Bununla yanaşı, iki azərbaycanlı cütlük mübarizələrini davam etdirəcəklər.

İki dəfə Dünya Çempionatının iştirakçısı, 2004-cü il Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olmuş İradə Aşumova, oğlu Ruslan Lunev ilə 10 metrdən hava tapancası ilə atəş növü üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər. 57 yaşlı Aşumova, Bakı 2015 ilk Avropa Oyunlarının ən yaşlı idmançısıdır və bu il təqaüdə çıxacaq.

Atıcılıq üzrə dairəvi stend idman növünün qarışıq komanda yarışlarında çıxış edəcək evli cütlük Emin və Nurlana Cəfərovalar, milli səviyyədə çempionlardır. Emin, eyni zamanda Nurlananın məşqçisidir.

Qızıl medal imkanları 
Sambo idmanı üzrə yarışlar. Saat 10:00-dan etibarən

Azərbaycanlı sambo məşqçisi Yaqub Abdullayev bütün səkkiz çəki kateqoriyası üzrə yarışlarda medal qazanacaqlarını ehtimal edir və bu medalların ən azı ikisi qızıl olmalıdır. Sambo yarışları üzrə mübarizə aparacaq idmançılar aşağıdakılardır:

  • Nəzakət Xəlilova - qadınlar arasında 52 kq çəki dərəcəsində
  • Şəhanə Hüseynova - qadınlar arasında 60 kq çəki dərəcəsində
  • Fəridə Qurbanova - qadınlar arasında 64 kq çəki dərəcəsində
  • Nərminə Əlizadə - qadınlar arasında 68 kq çəki dərəcəsində
  • Islam Qasımiov - kişilər arasında 57 kq çəki dərəcəsində
  • Amil Qasımov - kişilər arasında 74 kq çəki dərəcəsində mübarizə aparan və Azərbaycanın ən böyük qızıl medal ümidi
  • Kənan Qasımov - kişilər arasında 90 kq çəki dərəcəsində
  • Vasif Səfərbəyov - kişilər arasında 100 kq-dan artıq çəki dərəcəsində

Shuttlers qələbə üçün mübarizə aparır
Badminton yarışları. Saat 11:00-dan (təxminən) etibarən

Bakı 2015 ilk Avropa Oyunalarında badminton üzrə qrup yarışları bazar ertəsi günü beş növ - kişilər arasında təklərin və cütlərin yarışı, qadınlar arasında təklərin və cütlərin yarışı və qarışıq cütlüklər üzrə keçiriləcəkdir. Saat 11:00-da B qrupu üzrə təklərin yarışında azərbaycanlı Kənan Rzayev, rəqibi İsraildən olan Mişa Zilbermana qarşı mübarizə aparacaq. B qrupu üzrə kişilər arasında cütlərin yarışında həmyerlimiz Rzayev və Orxan Qələndərovdan ibarət cütlük, türkiyəli həmkarları olan Emre Vurala və Sinan Zorluya qarşı mübarizə aparacaqlar. Bu oyunun 18:40 -da keçirilməsi nəzərədə tutulub.

Qürur üçün oyun  
Voleybol yarışı. Saat 20:00-dan etibarən

Dörd oyunda dörd məğlubiyyət. Azərbaycan komandası kişilərin voleybol yarışında növbəti mərhələyə keçmək imkanlarını itirib. Bununla belə, A qrupunda Türkiyə komandasına qarşı keçiriləcək sonuncu oyununda öz qürurları üçün oynacaqlar. Azərbaycan yığması finlandiyalı həmkarlarına qarşı oyunda qalibiyyətə çox yaxın olsa da, sonda 3-2 hesabı ilə məğlub olub.

Ağırçəkili qəhrəmanlar
Boks yarışı. 20:00-dan etibarən

81 kq çəki dərəcəsində mübarizə aparan yarım ağırçəkili idmançı Teymur Məmmədov və 91 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan ağırçəkili boksçu Məhəmmədrəsul Məcidov, yarımfinal görüşlərinə vəsiqə qazanmağa iddialıdırlar. Məmmədov, holland Peter Mullenberqlə saat 20:45-də qarşılaşacağı halda, Məcidov rəqibi türkiyəli Əli Demirezen ilə saat 21:00-da mübarizəyə başlayacaq. Hər iki görüş Kristal Zal -2-də keçiriləcək.

 

Babayevin məqsədi Rio-dur
Atletika. 20:00-dan etibarən

Avropa Oyunlarının siması olan Nazim Babayev, bazar ertəsi Olimpiya Stadionunda keçiriləcək idman gimnasitikası üzrə komanda yarışında Azərbaycan yığması üçün maksimum xal toplamağa çalışacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar